Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “26 noyabr -   Azərbaycan Kələğayısı Günü” münasibətilə “Kəlağayı bu gün” adlı tədbir keçirilmişdir

27.11.2023

   Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə  “26 noyabr -   Azərbaycan Kələğayısı Günü” münasibətilə “Kəlağayı bu gün” adlı tədbir keçirilmişdir.

    Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində  keçirilən tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, KOBİA-nın Gəncə - Qazax Regional Koordinatorluğu, Gəncə - Daşkəsən Regional Məşğulluq Filialı, Gəncə Regional Turizm İdarəsi və digər qurumların rəhbərliyi, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Tədbir başlamazdan əvvəl  Ulu Öndər Heydər Əliyev və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Daha sonra yazıçı jurnalist Nüşabə Əsəd Məmmədli, kələğayı tədqiqatı ilə əlaqəli araşdırmaların müəllifi Hicran Ramazanova, fəlsəfə doktoru Əlimuxtar Muxtarov, milli geyimlər üzrə tədqiqatçı Nuranə  Həsənova və kəlağayı istehsalçısı  Yunis Vəliyev çıxış edərək bu kimi tədbirlərin xalqımızın qədim milli irsinin gələcək nəsillərə ötürülməsində vacibliyini vurğuluyaraq, əvəzsiz sənət nümunələrimizdən biri olan kəlağayının tarixindən bəhs etmişdirlər.

   Azərbaycan kəlağayısını vəsf edən müxtəlif milli musiqi nömrələri ilə müşayiət edilən tədbirin sonunda  Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin layihəsi olan “Kələğayı bu gün” adlı videoçarx nümayiş olunmuşdur.